Putin: "Avropada bir çox insan yaddaşını itirib"

“Avropada bir çox insan yaddaşını və vicdanını tamamilə itirib, II Dünya Müharibəsi tarixini yenidən yazmağa çalışır”.

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Pobeda” təşkilat komitəsinin iclasında deyib.

O xatırladıb ki, nasizm 1945-ci ildə məğlub oldu: “Lakin bu ideologiya tamamilə aradan qaldırılmadı və özünü indi rusofobiya şəklində büruzə verir”.

V.Putin qeyd edib ki, tarix ideoloji mübarizə silahı kimi istifadə olunmağa başlanıb: “Bundan qorunmaq üçün Rusiyaya adekvat vasitələr lazımdır”.

Xatırladaq ki, İkinci Dünya Müharibəsi 1939-45-ci illərdə keçmiş SSRİ ilə Qərb koalisiyası arasında olub və birincinin qələbəsi ilə başa çatıb.