Qalib QHT-lərin SİYAHISI açıqlandı 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi 2021-ci il kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə müsabiqə qaliblərinin siyahısı açıqlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib.

452 layihə isə qəbul edilib: QHT.az brifinqin videosunu təqdim edir:

https://www.youtube.com/watch?v=DqxFW0MkkL8&feature=emb_imp_woyt