Qalib Sərkərdə

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm ”.
Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir. İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin təntənəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkənin iqtisadi inkişafının sürətləndirilir. Bu prosesdə özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.
21-ci yüzilin sərkərdəsi, xalqını, millətini, vətənini sevən Prezidentim İlham Əliyev! Sizi səmimi qəlbdən təbrik edir, sağlam həyat və uzun ömür arzulayıram. Biz sahibkarlar daim sizin siyasəti dəstəkləyirik. Bu siyasət bizim nicat yolumuzdur. Sizə güvənimiz və inamımız sonsuzdur. Yaradan sizə daim qələbələr, yüksək nəaliyyətlər nəsib etsin və sağlam olun!

Hacı Davud Tarverdiyev
“Vicdan 1” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi