“Qanuni oğrular”ın Dubay toplantısı - ukraynalı avtoritetlərə xəbərdarlıq edildi 

Dubayda 30-a yaxın "qanuni oğru"nun iştirakıyla toplantı keçirilib.

Sabahinfo.az sfera.az-a istinadən xəbər verir ki, toplantıda Ukraynadakı vəziyyət müzakirə edilib.

Məlumatda deyilir ki, toplantıya bir neçə klanın nümayəndələri qatılıb. Bu siyahıda Tariyel Oniani (Taro), Zaxari Kalaşov (Şakoro Molodoy), Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valeri Farizov (Valera Kurd) və Lotu Quli klanının varisi Namiq Bakinski iştirak ediblər.

Müzakirə mövzusu Ukraynalı "qanuni oğru"ların hərəkəti olub. Dubaya yığışanlar "qanuni oğru"ların siyasətə qarışmaması prinsipini əldə rəhbər tutaraq, ukraynalıların bundan çəkinməyə çağırıblar.

Toplantıda həmçinin ukraynalı oğrulara bu və ya digər şəxsi taclandımaq da müvəqqəti qadağan edilib.