Şair-yazar Ramiz Təmkinli Şəmkir rayon Qaralar kəndinin sakini olaraq el ağsaqqalı kimi tanınır. O, mütəmadi olaraq mediada vətənpərvərlik mövzusunda şeir və məqalələri ilə çıxış edir. Oxucularımz üçün Ramiz Təmkinlinin 8 Noyabar-Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” şeirini təqdim edirik:
Mat qoyubdur dünyanı,
Ali Baş Komandanım.
Şanlı tarix yazıbdır,
Mənim hərbi generalım.
Onun əqli, zəkası,
Yay oxutəki nidası,
Dünyanı silkələdi
Bu nidanın sədası.
Bu ox atılan məkan,
Valday dəqiq ünvandır.
Prezidentim söylədi
Qarabağ Azərbaycandır!
Bu dövlətin, millətin,
Yenilməz xilaskarı.
Bu möhtəşəm Zəfərin
Odur baş qəhrəmanı.
Yumruğu ilə məhv etdi
O şərəfsiz düşməni.
Onun dəmir yumruğu
Düşmənə həyəcandır.
İndi Nikolda deyir,
Qarabağ Azərbaycandır!
Bu şan şöhrətli nida,
Mat eylədi dünyanı.
Qələbəyə köklədi
Bütün Azərbaycanı.
Dəmir yumruğa döndü,
Xalqa lider vəhtəti
Ruh verdi insanlara,
Bu nidanı, hikməti
Qardaşlığa mərd oldu
Əl üstünə, əl qoydu
Mənəvi dəstək oldu
Sevindirdi milləti
Türkiyə cümhuriyyəti
İki ürək bir candır,
Qarabağ Azərbaycandır!
Vətənin hər qarışı
Onun üçün əzizdir.
Bu vətənə sevgisi
Nəhayətsiz dənizdir.
O bizim müzəffər
Məğrur sərkərdəmizdir.
Onun eşqi,amalı,
Azad Azərbaycandır!
Prezidentim söylədi
Qarabağ Azərbaycandır!
Bu gün tarixi yazdı
Rəşadətli ordumuz.
İşğaldan azad oldu
Cənnət məkan yurdumuz.
Yaşasın, min yaşasın
Ali Baş Komandanım.
Qovdu, it kimi qovdu
İblisi ,şeytanları.
Sancdı torpaqlarımıza
Azadlıq bayraqları.
Sevincdən gözümüzdən
Axır sevinc yaşları
Təbrik edək ürəkdən
Bacı və qardaşları.
Azadlığa qovuşan
Bizim doğma məkandır,
Azərbaycan Qarabağdır
Qarabağ Azərbaycandır!
Haqqa doğru gedən yol,
Qan-qadayla doludur.
Şəhid olsamda belə
Yolum zəfər yoludur.
Yolumdan döndərənməz,
Hədə-qorxu,top-tüfəng,
Parçalayır içimi,
Düşmənə qarşı nifrət.
Qan ilə yoğrulubdur,
Yurd yerinə məhəbbət
Otuz il işğal altında
Şadlıq, sevinc bilməyən
Vandal ermənilərdən
Bir doğmalıq görməyən.
İgid oğullarından
Həsrətlə yol gözləyən.
Doğma yurdum,yuvamdır,
Bu yerlərin sahibi
Mənim ulu babamdır.
Dünyaya sübut etdik,
Qarabağ Azərbaycandır!
Ata vəsiyyətini
O yerinə yetirdi.
Vətən, yurd nisgilini
Bu millətdən götürdü.
İnsanlara o sonsuz
Sevinc, fərəh gətirdi.
Qoymadı qiyamətə
Qalan Vətən qisası.
Azadlığa qovuşdu,
Qədim Şuşa qalası.
Ruhun şad olsun, baba.
Yerin isə cənnət, məkan.
Bir sərkərdə böyütdün,
Fəxr edir Azərbaycan.
Onun əqli, zəkası,
Bu dünyaya bəyandır.
Böyük dövlətlər deyir,
Qarabağ Azərbaycandır!
Bu gün yüksək zirvədən
Bu dünyaya hayqıraq.
Gözün aydın, ey Vətən!
Ey, əziz Azərbaycan!
Azadlığın naminə
Gələcək nəsillərin
Xoş rifahı naminə.
Şəhadətə ucalan
Ey mənim şəhid balam.
Haqqını halal eylə
Döyüşlərdə əbədi.
Qəlpə yarası alan,
Ey mənim qazi balam.
Sənin, mənimamalım
Azad Azərbaycandır!
Bu Zəfərin memarı,
Heydər oğlu İlhamdır.
Dünyaya sübut etdi
Azərbaycan Qarabağdır!
Qarabağ Azərbaycandır!