Qarabağ gəncləri üçün layihə

“Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ iqtisadi rayonu gənclərinin peşə təhsilinə marağının artırılmasına dəstək” adlı maarifləndirmə, araşdırma və PR fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində (01 fevral – 01 may 2022-ci il) Bərdə, Tərtər, Ağcabədi və Ağdam rayonlarında və eləcədə onlayn platformalarda icra olunacaq layihənin əsas məqsədi gənclərə peşə təhsilinə və peşə bacarıqlarına maraq və peşə hazırlığının yüksəldilməsi və effektiv karyera qurmaları üçün xüsusi bilik, bacarıq və informasiyaların aşılanması və geniş PR və sosial media fəaliyyətləri ilə peşə təhsilinin təbliği və bu sahəyə region gənclərinin cəlb olunması istiqamətində addımların atılmasıdır.

Layihə çərçivəsində Qarabağ iqtisadi rayonun 4 inzibati ərazisində gənclər arasında peşə təhsilinə maraq və peşə bacarıqları və karyera sahəsində sorğuların keçirilməsi, nəticələrin təhlili əsasında obyektiv hesabatın hazırlanması, hər bir rayonda interaktiv təlim sessiyalarının keçirilməsi, KİV və internet resurslarında peşə təhslinin təbliği və gənclərin bu sahəyə motivasiyası üçün PR fəaliyyətlərinin təşkili də nəzərdə tutulur.

Layihənin nəticəsi kimi davamlılıq olaraq gələcəkdə bu sahədə təlim və məsləhət xidmətlərinin genişləndirilməsi üçün milli siyasətin formalaşdırılması və əməkdaşlıq şəbəkəsinin qurulması da nəzərdə tutulur.