"Qarabağın azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı" - İbrahim Kalın

"Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı".

Sabahinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ölkənin Çikaqodakı Baş konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

Sualları cavablandıran Kalın bildirib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib: "Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".