Qazaxıstanın əksər regionlarında antiterror əməliyyatı başa çatıb

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin 17 regionundan 14-də antiterror əməliyyatını başa vurublar.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildiriblər.

"Hazırkı dövr üçün Qazaxıstan Respublikasının 14 regionunda vəziyyət sabitləşib. Bu səbəblə Terrorla Mübarizə üzrə Respublika Operativ Qərargahı Nur-Sultan, Çimkənd, Akmola, Aktobe, Atırau, Şərqi-Qazaxıstan, Qərbi-Qazaxıstan, Karaqanda, Qızılorda, Kostanay, Manqistau, Pavlodar, Şimali-Qazaxıstan və Trüküstan vilayətlərinin şəhərlərində antiterror əməliyyatının başa çatması və terror təhlükəsinin kritik qırmızı səviyyəsinin ləğv edilməsi barədə məlumat verir", - deyə Milli Təhlükəsizlik Komitəsindən bildiriblər.

Qeyd edilir ki, ölkənin 3 regionunda antiterror əməliyyatları davam etdirilir: "Eyni zamanda, Almatı şəhəri, Almatı və Jambıl vilayətlərində terrorçuların və kütləvi iğtişaşlar zamanı digər cinayət əməllərində iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Müvafiq olaraq, bu bölgələrdə antiterror əməliyyatı davam edir, terror təhlükəsinin kritik qırmızı səviyyəsi qalmaqdadır".(trend)