Qəbələdə yaşılıqlar potensialının yeni əkinlərlə yüksəldilməsi tədbirlərinin icra vəziyyəti araşdırılıb

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icrasına davam edir. Layihənin məqsədi, Azərbaycan Respublikası ərazisində olan yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqların, meşə örtüyünün qorunması, meşələrin ehtiyat potensialını yeni əkinlərlə yüksəldilməsi, meşə ərazilərindən səmərəli istifalə etməklə davamlı inkişafa nail olması vəziyyətini monitorinqlər keçirtməklə  öyrənmək, ictimaiyətin diqqətinə çatdırmaq və yaşıllıqların mühafizəsinə nəzarəti gücləndirilməkdir. İndiyə qədər salınməş yaşıllıqların, qorunması, mühafizəsi və davamlı istifadəsi sahəsində görülən işləri ictimaiyətin diqqətinə çatdırmaqla, məlumatlandırmaqdır.

Eko Aləm ictimai birliyi layihənin iş cədvəlinə uyğun olaraq üçüncü tədbirini 23-24 avqust 2023-cü il tarixlərində Bakı-Qəbələ yol kənarı yaşılıqların və eləcədə Qəbələ şəhəri ilə  Vəndam qəsəbəsi  arasında salnımış gənc Şərq Çinarları olan meşəlik ərazisilərin  indiki inkişaf vəziyyətinin monitorinqini həyata keçirtmişdir.

Qəbələ rayonu zəngin təbiət əraziləri ilə məşhurdur. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur. Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə, düzən meşə lantşaftının və xallı maralın mühafizə olunması üçün yaradılmış İsmayıllı Dövlət təbiət qoruğu yerləşir. 1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitgiləri, elecə də nəsli kəslimək təhlükəsi olan nadir heyvanılar mühafizə olunur.

Rayonun cənub sərhəddində 1958-ci ildə 22.400 ha sahədə arid dağ meşə və kol  lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır. Şahdağ Milli Parkı isə 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yaradılmışdır. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər, heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması məqsədi ilə yaradılmışdır. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaradır.

Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir.

Qəbələ ərazisinə daxil olduğun zaman yol ətrafı yaşılıqların, meşəlik ərazillərin olması, insanlar üçün sevimli istirahət yerinə çevrilmiş və bu ərazilərdə çoxlu sayda istirahət mərkəzləri mövcuddur.

Qəbələ şəhəri Şahdağın ətəklərində yerləşir və Azərbaycanın qədim şəhərlərindəndir. Səfər zamanı hazırda aparılan  Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması işləri davam etdiyini müşahidə etdik. Aparılan torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır. Bögənin turizm əhəmiyyətini nəzərə alsaq, əhalinin rahat gediş-gəlişini təmin etmək üçün yol olduqca vacibdir.

Yol mədəniyyətdir, inkişafdır, insanların rahatlığıdır. Bu avtomobil yolunun yenidən qurulması 10-15 m enniləşdirilməsi nəticəsində vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bu isə sosial rifaha müsbət təsir göstərəcəkdir.

Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva deyib ki, səfər zamanı yolkənarı yaşıllıqlara da vizual baxış keçiriblər: “Yol çəkilişinin mənfi cəhəti ətraf mühitə olan dağıdıcı təsirləridir. Yol boyu kəsilmiş, doğranmış qədim, abidə hesab olunan ağaclarla yanaşı, inkişafının yaxşı, ətraf mühit üçün faydası böyük olan qırılmış və zədələnmiş ağacları ürək ağrısı ilə müşahidə etdik. Havada olan toz, duman, smoq 40 dərəcə istiliklə insanın fəaliyyəti üçün çətinlik yaradır. Ucdantutma ağacları qırmaq əvəzinə bəzilərini heç olmasa digər ərazilərə köçürmək olardı.

Tədbir zamanı ETSN-nin Meşələrin İnkişafı Departamentinin 15 saylı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində görüşlər keçirdik. Mərkəzin direktoru Babayev Əkrəm Kərəm oğlu və meşəbəyi Hüseynov Vüqar Nazir oğlu ilə görüşdük bizi maraqlandıran suallar keçirdik bizi maraqlandıran suallarla araşdırma apardıq. Sonra meşə işçilərinin müşayəti ilə Gənc Çinar meşəliyinə gedərək, yerində ağacların ekoloji durumunu monitorinq etdik. Birinci meşəlik ərazidə artıq ağaclar meşə yaratmaq yaş dövrünə çatmış, ekoloji sağlam inkişaf dövrünü yaşayır. Qəbələ şəhərinin girəcək hissəsinə yaxın ərazidə salınmış çinarlıq çox gənc olduğundan onların inkişafına Mərkəz işçiləri tərəfindən ciddi nəzarət edilir.Ekoloji durumları qənaətbəxş hesab olunur.  Həmin əraziyə getmək mümkün olmadığından oranı uzaqdan müşayət etdik.

Lakin bütün meşə işçilərinin yeganə bir dərdi var o, da əhalinin saxladığı heyvanların otarmaq üçün örüş yerinin olmaması və heyvanları meşə ərazisində otarılmasıdır.

Bu həlli vacib olan mühüm bir məsələdir. Monitorinq zamanı meşəbəyi Hüseynov Vüqar bizi müşayət edərək, suallarımızı cavablandıraraq, məlumatlar verdi. Monitorinqin işi zamanı ərazidə foto, vidio çəkilişlər aparıldı”.