Qəbələdəki muzeylərin bugünki fəaliyyəti

Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ölkəmizin şimal rayon mərkəzlərində olan tarix-diyarşünaslıq muzeylərin bu günki vəziyyətinin araşdırılması” layihəsinin icra edir.

Layihənin iş cədvəlində nəzərdə tutulduğu kimi Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyinin üzvləri 23 avqust 2023-cü il tarixində Qəbələ rayonuna layihə işini icra etmək üçün səfər edib. Bu haqda Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyinin sədri Laləndar Novruzova saytımıza məlumat verib.

Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi olan Qəbələ şəhəri Böyük Qafqaz silsiləsindən Bazaryurd və Tufandağın ətəyində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Dəmiraparançayın sağ sahilində yerləşir. Azərbaycanın tarixi şəhərlərindən olan Qəbələnin adının keçdiyi ilk yazılı mənbə eramızın I əsrinə aiddir. Eradan əvvəl IV əsrdən bizim eranın V əsrinədək qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının paytaxtı olmuşdur.

Açıq mənbələrdə olan məlumatlara görə Qəbələ şəhərində onun tarixini və davamlı inkişafını qoruyub saxlayan, bir neçə muzeylər fəaliyyət göstərir. Bunların ən mühimi Qəbələ şəhərində yerləşən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ilin may ayının 15-dən fəaliyyət göstərir.  Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 13.05.1980-ci il tarixli 227 № li sərəncamı ilə yaradılmışdır. Bundan başqa Qəbələ şəhərində Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin iki filialı – İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi və Şəhidlərin Xatirəsi Muzeyi də fəaliyyət göstərir.

Muzey binasının sahəsi 900 kv. m-lik ərazini təşkil edir. 2004-cü ildən etibarən muzey yeni binada öz fəaliyyətini davam etdirir. Muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalardan, nadir kitablardan, xalq yaradıcılığının müasir nümunələrindən və təbii sərvətlərdən ibarət eksponatları, rayonun tarixi abidələri, əhalisinin etnik tərkibi coğrafi şəraiti, bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri haqqında tam təsəvvür yaradan məlumatlar da mövcuddur. Muzeyin 13 ekspozisiya zallarında və fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş antik və orta əsrlərə aid 14 mindən çox tapıntı nümayiş etdirilir və mühafizə olunur. Muzeydə 1778-ci ildən başlayaraq nəşr olunan nadir kitablarla yanaşı tarix, arxeologiya və s. sahələr üzrə kitablar da nümayiş olunur. Burada qazıntılar zamanı Antik Qəbələdə aşkar edilən, daşlardan yonulan sütunaltlıqları, orta əsrlərə aid, üstündə ərəb yazıları və relyef ornamentləri olan qəbirüstü abidələr və s. nümayiş olunur.

Laləndar Novruzova bildirib ki, monitorinq zamanı Heydər Əliyev parkını da ziyarət ediblər: “Rayon mərkəzində 2004-cü ildə 3 ha sahədə salınmış, parkın içərisində Ümumilli Lideri Heydər Əliyevin heykəli ucaldılmışdır. Ulu öndər iki dəfə Qəbələyə səfər etmişdir. Rayonda həmçinin 2006-cı ildə görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi, 30 ildən artıq ölkəyə rəhbərlik etmiş, Azərbaycan xalqının Ümumilli Lideri H.Ə.Əliyevin həyat və fəaliyyətini əbədiləşdirən muzey və elektron kitabxana açılmışdır.

Monitorinq işi çərçivəsində Çuxur Qəbələyədə getdik. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi terminindən və Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin adını daşıyır. Burada Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Zaman-zaman burada arxeoloji ekspedisiyalar aparılır və hər dəfə də alimlər yeni faktların şahidi olurlar. Biz əraziyə gəldiyimiz zaman da burada ekspedisiyalar aparılırdı.

Qəbələyə gəlişimiz uğurlu bir zamana təsadüf etməmişdi. Demək olar ki, burada olduğumuz üç gün ərzində muzeyləri ziyarət edə bilmədik. Onları ancaq küçədən müşayət etdik. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi ndə təmir işləri hələ də davam edir. ərazidə işləməyə icazə verilmədi.

Yalnız Heydər Əliyev parkında vizual monitorinq keçirə bildik. Çuxur Qəbələyədə isə elmi tədqiqat işləri aparıldığından kənardan müşayət edə bildik.

Zəngin keçmişimizi öyrənmək, təbliğ etmək üçün muzeylər əvəzolunmaz rola malikdir. Bu bölgənin qədim keçmişi və mədəni irsi də Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Çuxur Qəbələyədə və Heydər Əliyev parkında yaşadılır, təbliğ edilir. Tədbir zamanı foto-video çəkilişləri də aparıldı”.