Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyasında iştirak edib

“Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu sessiyası Strasburqda öz işini artıq başa çatdırıb”- barədə Belediyye.infoya məlumatı Konqresdə Azərbaycanın əsas heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev qeyd edib ki, ölkəmizi bu sessiyada Konqresdə Azərbaycanın əsas heyətinin üzvləri Təmraz Tağıyev, Hümbət Hüseynov, Samirə Hüseynova və nümayəndə heyətinin katibi Rövşən Məmmədov təmsil ediblər.

“Avropada yerli özünüidarənin təşviqinin dörd onilliyi: Avropa Xartiyasının 40 ili” mövzuna həsr olunan cari sessiyasının ilk günündə yeni üzvlərin etimadnamələri təsdiq olunub və eləcə də Avropa Şurasının Baş katibi Alen Bersenin bəyanatı dinlənilib.

Qeyd olunmalıdır ki, Alen Berse çıxışında o cümlədən Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sonlandırılan münaqişə və hal-hazırda gedən sülh prosesinə ayrıca istinad edib və bu xüsusda, hər iki ölkə liderinin səylərini təqdir edib.