Qəddafinin təyyarəsi göylərdə

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin istifadə etdiyi “Airbus A340-200” təyyarəsi onun ölümündən sonra Fransaya göndərilib.

“Haber Global”ın məlumatına görə, burada “rəsmi” nəqliyyat vasitəsi adi sərnişin təyyarəsinə çevrilib və 2013-cü ildən müntəzəm aviadaşımalarda istifadə olunması üçün Liviyaya qaytarılıb.

Lakin qısa müddət sonra “Airbus” yenidən Fransaya yollanaraq buradakı “Perpignan” hava limanında saxlanılıb.

İyunun 5-də Liviya təyyarəsi texniki baxış məqsədilə İstanbulun Atatürk aeroportuna gətirilib. İki həftəlik yoxlanışdan sonra bu gün axşam saatlarında nəqliyat vasitəsi Tripoliya uçuç üçün havaya qalxıb.