Qəzza zolağında həlak olan jurnalistlərin sayı 48-ə çatıb

“Noyabrın 19-na qədər olan məlumata görə, oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi qızışandan bəri həlak olan 13 mindən çox insan arasında ən azı 48 jurnalist və media işçisi var”.

Bu barədə Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.

CPJ bu ayın 1992-ci ildən, komitənin məlumat toplamağa başladığı vaxtdan bəri “jurnalistlər üçün ən ölümcül ay” olduğunu bildirir.