Qudyalçay üzərindəki körpü uçdu - Xəsarət alanlar var

Bu gün səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.

Sabahinfo.az xəbər verir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.