Radikalların növbəti iflası

“Radikal ünsürlər bu zamana kimi atdığı hər bir addımda uğursuzluğa düçar olub. Maraqlısı odur ki, onlar bu üğursuzluqdan bir nəticə çıxarmaq əvəzinə eyni ssenari, eyni motivlərlə özlərini rüsvay edirlər”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə səfəri çərçivəsində qaldığı hotel ətrafında anti-milli ünsürlərin həyata kemirmək istədiyi təxribat barəsində danışarkən deyib. Onun sözlərinə görə, yeni dünya düzənində özünə xüsusi yer tutan Azərbaycan Sülh Sazişi kimi mühüm sənədə imza atır, bu prosesdə həmtəsisçi kimi çıxış edir. Belə bir hadisə ABŞ-Azərbaycan münasibətlərində yeni müstəvinin başlanğıcı, münasibətlərin dərinləşməsindən xəbər verir ki, bu da həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir.

A. Hüseynov onu da bildirib ki, ümumilikdə bu kimi askiyalarla heç bir nəticə əldə etmək mümkün deyil: “Azərbacyan dövlətinə və dövlətçiliyimizə, dövlət başçımıza qarşı həyata keçiriləcək hər bir neqativ hadisənin qarşısı dərhal alınır. Çünki, Azərbacyanda xalq-iqtidar birliyi mövcuddur. Sosial şəbəkələri, KİV-lərdə hər bir vətəndaş bu hadisəni pisləyir. Heç kim bu aksiyaya haqq qazandırmır. Anti-milli qüvvələrin təbii ki, bir missiyası var. Onların hesabat verdiyi bəlli yerlər, şəxslər var. Ona görə də, bu kimi xoşagəlməz aksiyaları keçirməyə məcburdurlar. Ancaq onlar bilməlidirlər ki, bu kimi aksiyalar nəinki indi bundan sonra da heç bir nəticə verməyəcək”.

A.Hüseynov onu da deyib ki, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək heç kimi iqtidarında deyil: “Münhendə yaranan vəziyyətdən istifadə etməyə cəhd edənlər növbəti iflasını yaşadı. Vaşinqtonda isə son nöqtə qoyuldu. Artıq Azərbaycan cəmiyyəti də onların kim olduğunu, hansı məqsədə xidmət etdiyi daha açıq şəkildə gördü və qiymətləndirdi. Bütün bunlar təbii ki, Azərbaycanı istəməyən qüvvələr tərəfindən həyata keçirilir və onlar bir məsələni unudurlar ki, Azərbaycanın beynəlxalq nüfuzuna heç kim kölgə sala bilməz”.