Razi Nurullayev partiyası üçün prioritetləri açıqladı

"Milli Cəbhə Partiyasının kadr potensialına ehtiyacı var. Partiyamızın özəyi xeyli güclüdür, amma daha da gücləndirilməsinə, yeni savadlı, siyasi bilikli insanların cəlb edilməsinə ehtiyac var. Bunun üçün də bu il partiyaya xeyli savadlı gənclərin və ekspertlərin, ziyalıların cəlb edilməsi üçün səfərbərlik etmişik və xeyli irəliləyişlər var. Əsas qayəmiz kəmiyyət yox, keyfiyyədir.

Açığını deyim ki, üzv cəlb etməklə bağlı ciddi planımız yoxdur. Səbəb isə budur ki, yeni üzvlərin ən azından siyasi və mənəvi ehtiyaclarını ödəmək lazım gəlir, amma bunun üçün imkanlar məhduddur. Üzvləri aksiya, mitinq, piket və digər tədbirlərlə daima fəal saxlamaq lazımdır. Bunun üçün imlkanlar olmadığına görə bu yolu seçmişik. Çünki, üzvü qəbul etmək asan, amma onu yanında saxlamaq çətindir. O üzv getdisə, bir də dönməz. Biz siyasətdə fərqli yol seçmişik və inanıram ki, nəticəsi də olacaq.

Bu il həm də bir neçə rayon şöbəsi yaradacaq və gücləndirəcəyik. Digər hədəfimiz isə bir neçə beynəlxalq siyasi təşkilatlarda təmsilçilik əldə etməkdir".

Razi Nurullayev Milli Məclisin deputatı
Milli Cəbhə Partiyasının sədri