Razi Nurullayev yas mərasimlərinə icazə verilməsini təklif edib

Deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında təklif edib ki, Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin.
R.Nurullayev bildirib ki, onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur.