Roza Məmmədovaya atılan çamur ona yapışmır

Təhsil millətin gələcəyidir. O gələcək ki, bizi inkişafa, dövlətçiliyimizi qorumağa və milli mədəni irsimizi gənc nəsillərə ötqürülməsində mühüm amildir. Ancaq təhsil müəssisələri ilə bağlı yayılan qərəzli məlumatlar çox hallarda cəmiyyətin təhsil işçisinə, xüsusən də müəllimlərə münasibətində dərin çatlar əmələ gətirir. Söhbət Masazır kənd 4 nömrəli tam orta məktəbdən gedir. Ötən həftə bir sıra KİV-lər məktəbdə baş verənlərlə bağlı direktor müavinlərinin səs yazılarını yaymaqla məktəbin direktoru Roza Məmmədovanı hədəfə qoymuş oldular. Yazıların məğzinə baxanda sifariş və öncədən planlaşdırılan bir işin tək tərəf üzərindən həyata keçirildiyinin şahidi olursan. Birincisi onu qeyd edək ki, “KİV haqqında qanun” eləcədə beynəlxalq təcrübə onu deməyə əsas verir ki, bir hadisə haqqında məlumatı dərc edərkən ən azı məsələyə ən azı 3 nəfər fikir bildirməli, onların fikirləri yazıda dərc olunmalıdır. Yazılar və yazı başlıqları isə yalnız oxucu toplamağa, məsələni daha da qabardaraq bir və ya bir neçə nəfərin planına uyğun olaraq dərc etmək cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. İş olan yerdə problem qaçılmazdır. Problemsiz idarəetmə isə dünyanın heç bir yerində yoxdur.....

SABAHİNFO.AZ saytının redaksiyasına məktəbdə təhsil alan bir neçə şagirdin valideyni müraciət edib. Valideynlər məktəblə bağlı yazılan yazılardan narahat olduqlarını dilə gətirib və Roza Məmmədovaya qarşı həyata keçirilən kompaniyanı qınadıqlarnı bildirirlər. Məsələ nədir? Valideynlərin sözlərinə görə, Roza Məmmədova 3 ilə yaxındır ki. məktəbə nəzarət edir. Onun rəhbərliyi altında məktəbdə təhsilin keyfiyyəti yüksəlməklə yanaşı pul yığma, şagirdləri incitmək kimi halların qarşısı alınıb. Onun bu hərəkətləri isə təhsil pərdəsi altında əlləri pula öyrəşən müavinlərdə ikrah hissi yaradıb. Bir neçə müavin əlbir olub Roza Məmmədovanı devirməyə qərar veriblər. Bu əməlləri ilə Roza müəllimənin fəaliyyətinə kölgə salmağa çalışan müavinlər validenylərin hiddətinə səbəb olub. Validenylər deyir ki, müavinlər özləri elə şərait yaradır, elə iş görürlər ki, guya ki, bu işləri təşkil edən Roza Məmmədovadır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm əziz oxucular. Mənim 2 övladım həmin məktəbdə təhsil alıb. Təzə məktbə kimi fəaliyyətə başlamağına abxmayaraq təhsilin ilk illərində bizdən təmir, sinif pulu. Süpürgə pulu adı altında da pul yığılırdı. Hətta jurnalist ola-ola uşağımızın xətrinə bu pulu ödəyirdik. Hələ o zaman Roza Məmmədova məktəbə rəhbərlik etmirdi. Daha sonra Roza Məmmədova məktəb direktoru təyin olundu və dediyim bu halların qarşısı alındı. Uşaqlarımı məktəbdən çıxarmaqla bağlı məktəbə müraciət edən zaman direktor müavinləri bu və ya başqa səbəblərdən sənədlərin verilməsini ləngidir, mənə gah sənədlərin itdiyi, gah mənim o sənədləri məktəbə təqdim etmədiyimi bəhanə edib işi yubatmağa çalışırdılar. Axırda əlacım kəsildi. Roza Məmmədovanın qəbuluna getdim. Roza Məmmədova məsələyə əl qoyandan sonra mən məktəbdən sənədləri ala bildim...

Onu da nəzərinizə çatdıraq ki, R. Məmmədova uzun illərdir təhsil sahəsində çalışan və işinin öhdəsindən gələn kadrdır. O, Masazır kənd 4 nömrəli məktəbdən öncə Xırdalanda yerləşən məktəbdə direktor vəzifəsini yerinə yetirib və bu müddət ərzində onun rəhbərlik etdiyi məktəbdə təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə artıb.

Ədil Ədilzadə