Rusiyanın valyuta ehtiyatları tarixi maksimuma çatdı

Rusiya Federasiyasının valyuta ehtiyatları tarixi maksimuma çatıb.

Rusiya KİV-nə istinadən xəbər verir ki, sentyabrın 1-i üçün valyuta ehtiyatlarının həcmi 618,2 milyard dollar olub.

Rusiyanın valyuta ehtiyatlarının artması dünya bazarında neft bahalaşması ilə əlaqələndirilir.