Sabah Milli Məclisin xüsusi iclası keçiriləcək

Mayın 8-də saat 11.00-da Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.