Şair Əlisəmid Kür vəfat etdi

Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.

Sabahinfo.az xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib. Şair Salyanda dəfn olunacaq.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.