Şamaxıda zəlzələ 

Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar saat 00:12-də Qobustan stansiyasından 25 km qərbdə, Şamaxı rayonunda, 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar hiss olunmayıb.