Samuxda yeni layihəyə start verildi

Samux rayon İcra Hakimiyyətinin, Samux rayon Təhsil Şöbəsinin, Samux rayon Gənclər və İdman İdarəsinin və Samux rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yeni bir layihəyə start verilib. Bu barədə layihənin rəhbəri Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb- liseyin müəllimi Gülnarə Əmiraslanova  deyib ki, " Qalib Azərbaycan- Yurdum mənim" adlı layıhənin keçirilməsində əsas məqsəd məktəblərin rus bölməsində təhsil alan şagirdlərdə(o cümlədən milliyətcə rus olan şagirdlərə) milli- mənəvi dəyərlərin təbligi, azərbaycan dilinə, ədəbiyyatına, tarixinə maragı artırmaq məqsədi ilə dram dərnəyi və debat klubunun təşkili və bu istiqamətdə fəaliyyət göstərərək müxtəlif müsabiqələrin, bilik yarışlarının, sərgilərin,festivalların keçirilməsidir.Layihənin keçirilməsində dəstək olan bütün təşkilatlara öz təşəkkürümü bildirir və uşçi qrupuna ugurlar arzu edirəm.