"Şanlı bir gün, şanlı tarix" adlı tədbir keçirilib

İsmayıllı rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında Vətən müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar olaraq "Şanlı bir gün, şanlı tarix" adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsinin qaziləri Baxışov Kənan, Səfərəliyev Samurel, Baxışov Məhəmmədəli, Rəsulov Elvin, Əməkdar müəllimlər Rəsulov Şəfaqət, Şirinbəyim Atayeva və fəal oxucular iştirak ediblər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Sonra kitabxananın əməkdaşı Cəmalə Zərbalıyeva çıxış edib.
Bir payız səhəri millətin səbri daşdı artıq...
Vətən oğlu qarı düşmənin "dağılmaz" istehkamlarını darmadağın edib keçdi. "Sarsılmaz" mövqelərini, "topdağıtmaz" səflərinin altını üstünə çevirdi.
30 ildir millətimizi heç sayan dünyaya güzümüzü göstərdik. Beləliklə, yurdumuzun Zəfər adlı tarixi yazıldı.
Sonda şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa dilənib.