SAXAL: HƏMAS girovları azad etməli və silahı yerə qoymalıdır

“Fələstinin HƏMAS hərəkatının yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail ordusunun Qəzza zolağında yerüstü əməliyyatı, demək olar ki, qaçılmaz olacaq”.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib.

SAXAL-ın sözçüsü əlavə edib ki, İsrail ordusunun əsas məqsədi HƏMAS-ı hərbi potensialından tamamilə məhrum etməkdir.