Səbinə Xasayeva Lökbatan qəsəbəsində görüş keçirdi

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonun Lökbatan qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Keçirilən qəbulda iştirak edən vətəndaşlardanElmira Məmmədova,Cəmilə Yaqubova, Ülkər İsmayılova, Gülsaba Məsimova,Elşən Qafarov, Ülvi Qurbanov, Zaur Bağırov, Asəf İbrahimov, Vidadi Heydərov,İbrahim Məhərrəmov,Etibar Hacıyev, Mirxəlil Əhmədov,Vaqif Səmədov, Arif Zeqirbekov və Pərviz Cəbrayılovqəsəbədə istilik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsinin o cümlədən,Lökbatan qəsəbəsi, İ.Nəbiyev 1 saylı yaşayış binasının yanında yeni qazanxananın tikintisinin, qazlaşdırılmasınin, B.Niftəliyev 1, 5, 7, 9, 11, 13, 17, 19, 21, 23, 25, 27, 29, 29a, 1595-ci keçid 9, 11, 13, 15 saylı yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sisteminin yenidən qurulmasının,yeni iş yerlərinin açılmasının,yaşayış məhəllələrində dezinfeksiya işlərinin aparılmasının, əsas yolların təmirinin başa çatdırılmasının,məhəllədaxili yolların asfaltlaşdırılmasının, işıqlandırılmasının,əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılmasının,su borularının təmizlənməsinin, suyunvə qazın təzyiqinin artırılmasının, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün yeni parkların salınmasının və mövcud parkların yenidən qurulmasının,aztəminatlı ailələrə və işsizliyə görə müavinətlərin verilməsinin, əhalinin sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.