Səbinə Xasayeva Lökbatan qəsəbəsində qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Kişvər Babayeva,Gülarə Davudova, Şövkət Həziyeva, Aysel Xanbabayeva, Ruhiyyə Məmmədova, Telnaz Qəniyeva, Lalə Rəhimova, Liza Baxışova,Murad Əkbərov,Novruz Əliyev,İlham Rəhimov və Ülvi Qurbanov aztəminatlı ailələrin və Vətən müharibəsi iştiakçiları ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının, ,bank sistemində vətəndaşların hüquqlarının pozulmasının qarşısının alinması, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinin,banklar tərəfindən vətəndaşların hüquqlarının pozulması üzrə məhkəmələrdə baxılan işlərdə ədalət prinsiplərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinin, işsizliyə görə müavinət verilməsinin, əhalinin sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov iştirak etmişlər.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.