12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonun Puta bələdiyyəsinin inzibatı binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul edib və onların problemlərini dinləyib.
Qəbulda iştirak edən vətəndaşlar qəsəbədə münasib yerdə “Kapital ” bankın bankomatının yerləşdirilməsinin, aptek üçün binanın ayrılmasının və ya tikintisinin, dayanaqlı internetin verilməsinin təmin edilməsinin,fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, əhalinin məşğullu üçün yeni iş yerlərinin yaradılmasının, kanalizasiya şəbəkəsinin qurulmasına başlanılmasının, yerli bələdiyyənin maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin ayrılmasının, aztəminatlı ailələrə və işsizliyə görə sosial təminatın təyin edilməsinin və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov, Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı və Puta bələdiyyəsinin hüquqşünası Mehdi Məmmədov iştirak ediblər. Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.



