Səbinə Xasayeva Xocəsən bələdiyyəsində  bir qrup vətəndaşı qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonunun Xocəsən qəsəbəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər Xocəsən bələdiyyəsinin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində əsas yolların, o cümlədən Bələdiyyə küçəsinin, əlavə olaraq Ruslan Allahverdiyev küçəsi ilə Bələdiyyə küçəsinin kəsişdiyi ərazinin, bəzi məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının, fərdi evlərin sənədləşdirilməsinin, abadlıq işlərinin aparılmasının, əhalinin sayının artmasını nəzərə alaraq musiqi məktəbinin,yeni körpələr evi-uşaq bağcasının və tam orta məktəbin tikintisinin,yeni kanalizasiya xətlərinin çəkilməsinin, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, 217 saylı tam orta məktəbin arxasında yerləşdirilən zibil qutularının infeksiya mənbəyi olduğuna görə başqa yerə köçürülməsinin, 158 sayli marşrut xətti üzrə hərəkət edən avtobuslar köhnəldiyindən sərnişinlərin rahatlığını təmin etmədiyinə görə yeni avtobuslarla əvəz edilməsinin, küçələrin adlarının ünvan reysterinə işlənməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının,aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.

 

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi Inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev iştirak ediblər.