Səbinə Xasayeva Yeni Yasamalda vətəndaşları qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal rayonunun İcra hakimiyyəti başcısının 4 saylı sahə inzibati ərazi dairəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş və onların problemlərini dinləmişdir.

Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Laləzar Ələsova, Sona Əliyeva, Mahirə Həsənova, Gülnarə Əliyeva, İqbal Rəhimov, Azər İsmayılov,Mehdi Həmidov,Cabbar Kərimov, Elçin Həmidov, Emin Rəhimbəyli və Şakir Manafov “Azərsu” ASC-nin su xətlərinin təmiri ilə əlaqədar dağıdılan yolların təmir edilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, Vətən müharibəsində həlak olanların şərəfinə yaradılmış Xatirə bulağının ətrafının abadlaşdırılmasının, müharibə əlillərinin sağlamlığının yoxlanılması və müalicəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə cavabdeh təşkilatların nəzarətinin gücləndirilməsinin, yaşayış mənzillərinin istilik sistemlərinin təmirinin başa çatdırılmasının, bu sahədə vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılmasının, qaz təchizatında qayda-qanunlara ciddi əməl edilməsinin, mənzillərin dam örtüyünün təmir edilməsinin, fasiləsiz su verilməsinin təmin edilməsinin, əhali arasında hüquq təbliğatının gücləndirilməsinin, binaların fasadlarının təmir edilməsinin, binaların həyətində parklanma sistemində nizam-intizamın yaradılmasının, “Abad həyət”in cari təmirinə vəsaitin ayrılmasının, əhalinin sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Yasamal rayon İcra hakimiyyəti başcısının 4 saylı sahə inzibatı ərazi dairəsinin nümayəndəsi Fəhrad Hacıyev iştirak etmişlər.