Şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğı

Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvidir. Dövlətimizin başçısı qeyd edib ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq.

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin proritet istiqamətlərindən birini təşkil edir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Dövlət bu kateqoriyadan olan insanların rifah halının daha da yaxşılaşıdırlması üçün mühüm addımlar atır. Gələcəkdə də bu diqqət və qayğı davam etdiriləcək", - deyə deputat bildirib.

Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair Fərmanın imzalanması ölkə Prezidentin birinci Qarabağ müharibəsi əlillərinə xüsusi diqqətinin olması ilə yanaşı, ölkəmizdə aparılan uğurlu sosial siyasətin göstəricisidir.

Qarabağımız bu gün böyük tikinti meydanını xatırladır. Burada dövlətimiz öz hesabına nəhəng quruculuq-bərpa işləri aparılır.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı sahəsində öz modelini ortaya qoyub

Qarabağımız bu gün böyük tikinti meydanını xatırladır. Burada dövlətimiz öz hesabına nəhəng bərpa-quruculuq işləri aparır.

Dövlətimizin başçısı həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə xüsusi diqqət yetiririr.

Azərbaycanda əhalinin rifahının, maddi güzəranının yaxşılaşdırılması istiqamətlərində sosial paketlərin gerçəkləşdirilməsi işləri daim diqqət mərkəzindədir və dövlətin bu sahədə apardığı siyasət uğurla davam etdiriləcək.

Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır: “Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində - həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var və vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik və edəcəyik”.

Günel Bədəlova 

Hacıqabul rayon Mərkəzi kitabxananın işçisi