“Şəhid bacısı” adından istifadə edib dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O, törətdiyi əməli etiraf edib. Araşdırmalar davam etdirilir.