Şəhid Həsənov Həsən Rəhim oğlunun xatirəsi anıldı

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan ordumuzun peşəkar kəşfiyyatçılarından biri Həsənov Həsən Rəhim oğlunun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Şəhidin əziz xatirəsi anılıb, ruhuna dualar oxunub.

DİA.AZ xəbər verir ki, Şəhidin valideynlərinə bele qəhrəman, igid oğul böyütdükləri üçün minnətdarıqlıq edilib. Şəhidin məzarı önündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Belə igid oğul böyüdüb bu xalqa, bu vətənə bəxş edən şəhidin valideynlərinə təşəkkürünü bildirib. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək bildirib ki, azadlığı, torpaqlarımızın bütövlüyünü həyatlarından, şirin canlarından üstün tutan mərd oğul və qızlarımız var olduqca bu Vətən basılmaz, bu xalq yenilməz. Şəhidin anası Məryəm xanım Həsənlə bağlı xoş xatirələrini dilə gətirib. Həsənin onun təkcə oğlu deyil, dostu, sirdaşı olduğunu, ailədə hər zaman hər kəsə qarşı qayğıkeş, özündən çox bizi düşündüyünü söylədi. Onun kimi oğlu olduğu üçün qürur duydugunu vurğuladı. Şəhidin həyat yoldaşı Qəriyyə xanım ona Həsəndən əmənət qalan iki oğlunu ataları kimi igid, vətənpərvər böyüdəcəyini bildirdi. Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Anım mərasimi şəhidin evinde davam edib.
Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 30 illik həsrətə son qoyulan 44 günlük müharibədə canından keçən qəhrəman şəhidlərimizin ailələrini və cəsur müharibə iştirakçılarının qaldırdıqları məsələlərin həlli istiqamətində işlərin davam etdirildiyini və onlara dövlətimiz, xalqımız tərəfindən hər zaman diqqət və qayğı göstəriləcəyini söyləyib.
Allah sizlərə rəhmət etsin, Qalib ordumuzun qəhrəman əsgərləri!