Şəhid jurnalistin məzar daşı 

Şəhid jurnalist Məhərrəm İbrahimovun məzar daşı hazırlanıb. Axar.az xatırladır ki, şəhid jurnalist Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn olunub.

Bu gün şəhidin 40 mərasimi keçirilib.

Qeyd edək ki, Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimov iyunun 4-də xidməti vəzifəsi icra edərkən Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşərək şəhid olub.