Şəhid Ruslan Qurbanovun anım günüdür

Vətən müharibəsinin Biləsuvardan olan şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun ilk anım günüdür. Şəhadətinin birinci il dönəmində şəhidin ailəsin ziyarət edib başsağlığı diləklərimizi çatdırdıq. Qeyd edim ki, Üzeyir 7 sentyabr 1991-ci ildə rayonun Ağalıkənd kəndində doğulmuş, ötən il bügünki tarixdə, 44 günlük haqq savaşımızda qəhrəmancasına şəhid olmuş və Vətən müharibəsində göstərdiyi şücaətlərə görə müzəffər Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin! Unutmadıq, unutmarıq!

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı