Səlimovun üzrxahlıq açıqlamasında gizli nüanslar...

Milli Məclisdə deputat Eldəniz Səlimovla bağlı müzakirələr davam edir. Deputat Qüdrət Həsənquliyev çıxışında çox üzücü hadisənin baş verdiyini bildirib:

“Bizim Baş Prokurorluğun təqdimatını şübhə altına almağa əsasımız yoxdur. Xüsusilə ona görə ki, Eldəniz Səlimov üzr istəyib və səhvini etiraf edib”.

Q.Həsənquliyev E.Səlimovun üzrxahlıqla bağlı açıqlamasında bəzi nüansların olduğunu bildiib. Deputat qeyd edib ki, həmkarı anons etdiyi həmin məqamlara tam aydınlıq gətirməyib. Odur ki, Baş prokurora müraciətlə bu məsələlərə aydınlıq gətirilməsini xahiş edib:

“Ümid edirəm ki, sona qədər hörmətli Kamran müəllim bu işi nəzarətdə saxlayacaq, obyektiv qərar qəbul olunacaq”.

Q.Həsənquliyev Baş prokurorun təqdimatına səs verəcəyini də vurğulayıb.