Sərxoş və narkoman sürücülərə qarşı reyd

Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı və Bakı-Quba yolunun müxtəlif hiussələrində reydlər keçirib.

Reydlər zamanı sərxoş və psixotrop maddələrdən istifadə edən sürücülər aşkarlanıb. Onlar barəsində qanunauyöun tədbirlər görülüb.

BDYP-nin Xüsusi Tağımının komandir əvəzi Vüqar Qasımov bildirib ki, aparılan reydlər zamanı qaydaları kobud şəkildə pozan sürüclər aşkarlanıb.

"Onlar arasında sənədsiz, sərxoş və psixotrop maddələr qəbul edən sürücülər saxlanıldı. Onlar barəsində müvafiq tədbirlər görülüb".

Sürücülərlə proflaktik söhbətlər aparılıb