Şimali Kipr Türk Respublikasında Sahibkar Qadınlarının Zirvəsi keçirilib - FOTO

30 noyabr - 2 dekabr 2023-cü il tarixində Şimali Kipr Türk Respublikasında Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin (GİKAD) təşkilatçılığı ilə Sahibkar Qadınlarının Zirvəsi keçirilib.

Sabahinfo.az xəbər verir ki, Zirvənin əsas məqsədi - türk respublikalarının sahibkar qadınlarının iş əlaqələrinin möhkəmlənməsi, üfüqdə yeni fürsətlərin görünməsi, təcrübə mübadilələrinin bölüşülməsi olub.

Zirvənin 1-ci günü, 30 noyabr 2023-cü il tarixində açılış mərasimi keçirilib.

Açılışda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bütün Türk Dünyası İş Qasınlarını salamlayıb, AQSİA-nın fəaliyyətindən danışıb və Zirvənin işinə uğurlar arzulayıb.

Tədbirdə Türkiyənin və Şimali Kipr Türk Respublikasının müxtəlif bölgələrindən sahibkar qadınlar və AQSİA-nın fəal üzvləri iştirak ediblər. Zirvə tədbiri BMT Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci Dayanıqlı şəhər və icmalar, 17-ci Məqsədlər üçün tərəfdaşlıq məqsədlərinə uyğundur.