Siyasi sabitliyi pozmaq istəyirlər

Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün ­etnik qrupların nümayəndələri bir ailə kimi sülh, ­mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Bu gün də Azərbaycan dövləti tolerantlıq ənənələrini qoruyur və dini ayinlərin icrası üçün ölkədə dindarlara hər cür şərait yaradır. Bunu heç kim dana bilməz. Amma bəzi hallarda anti-milli qüvvələr bu vəziyyətdən sui-istifadə edirlər.

Özlərini dindar adlandıran bir qrup kəsim xarici qüvvələrin təlimatı ilə hərəkət edir və ölkə daxilində siyasi sabitliyi pozmaq istəyirlər.

Azərbaycan xalqı anti-milli qüvvələrə qarşı həmişə sipər olub. Biz bunu istənilən dövrdə şahidi olmuşuq. Bu gün ölkə daxilində milli birlik və həmrəylik daha da yeni müstəviyə daxil olub. İkinci Qarabağ müharibəsindən sonra bu daha geniş vüsət alıb.

Azərbaycan xalqı milli dövlət məsələsində, dövlətçilik uğrunda bir yumuruq kimi birləşməyi sübut etdi. Xalqımız üçün dövlət və milli kimlik ümdə məsələdir və buna qarşı olanlara "dəmir yumruq"la cavab verəcək.

Milli Cəbhə Partiyası (MCP) Azərbaycanın taleyüklü məsələlərində dövlət siyasətini dəstəklədiyini, xalqımızın və dövlətçiliyimizin yanında olduğunu bir daha bəyan edir.

MCP sədr müavini Ehtiram  Mehdiyev

Milli Cəbhə Partiyası - MCP