SOCAR-ın 6 vitse-prezidenti işdən çıxarıldı

SOCAR-ın 6 vitse-prezidenti vəzifəsindən istefaya göndərilib.

Bu məlumatı “Haqqin.az” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, istefaya göndərilənlər arasında Mikayıl İsmayılov, Tofiq İbrahimov, Xaliq Məmmədov və digərləri yer alıb. İstefaların SOCAR-dakı reformlar və restrukturizasiya ilə bağlı olduğu vurğulanıb.

Qeyd edək ki, ötən gün bu barədə yayılan məlumata SOCAR-ın cavabında bildirilmişdi ki, vitse-prezidentlər Prezident sərəncamı ilə təyin edilir və onların işdən azad edilməsi də sərəncamladır. Buna baxmayaraq, vitse-prezidentlərin vəzifədən azad edilib-edilmədiyi nə təsdiq, nə də təkzib edilmişdi.