Soltan Məmmədov anım tədbirində

Bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman Azərbaycan oğulları İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günüdür. Bu qəhrəman qardaşları Azərbaycanda hər kəs tanıyır. İman və Bəhrəm Məmmədzadə qardaşları Vətən müharibəsində 2020-ci il noyabrın 2-də Xocavənd rayonunu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Hər iki qardaş Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib. Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında imza atdığı zəfərdə payı olan hər bir qəhrəmanın xatirəsi bizim üçün əzizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Soltan Məmmədov 

Milli Məclisin deputatı