Soyuq müharibə qayıdır!

Beynəlxalq münasibətlərdəki hazırki durum bəşəriyyətə Soyuq müharibəni geri qaytara bilər. Bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, pandemiya böyük problemlərlə yanaşı müsbət dəyişikliyi də gətirib, bu da ölkələrin bir-birindən daha asılı vəziyyətə düşməsidir:

“Biz bir-birimizdən asılı dünyada yaşayırıq və ümid edirdim ki, bu səbəbdən Şərq və Qərb əməkdaşlığı hörmətə əsaslanacaq. Çox təəssüf ki, bunda yeni Soyuq müharibə təhlükəsinin formalaşdığını görürəm”.