Spiker Mustafa Şentopla görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Sabahinfo.az-ın məlumatına görə, TBMM sədri bu barədə “Twitter” hesabında paylaşım edib.

Qeyd edilib ki, Mustafa Şentop ev sahibliyi etdiyi İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.