Sülh naminə...

Hər tarixi günün öz mahiyyəti olur. Beynəlxalq Sülh Gününün də öz mahiyyəti var...

BMT-nin 30 noyabr 1981-ci il qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilib. Bu qərar bəşərilik üçündü...

Dövlətin əraziləri sərhədlərlə əhatələnir. Sərhədlər qorunur, dövlət qorunur, sərhədlərə yad nəfəsi dəymirsə, bu, dövlətin sülh, əmin-amanlıqla yaşaması deməkdir. Bütün dövlətlər belə yaşa­mır – xarici siyasəti işğala meyilli olan dövlətlər başqa dövlətin torpaqlarına həvəsiyir, sülh is­tə­mir. Neçə on illər əvvəl hələ Sovetlər bir­liyinin tərkibində olsa da Azərbaycan musiqi dili ilə “Sül­­hə gəlin, ey insanlar, yoxsa dünya məhv olar!” deyirdi. Bu, azərbaycançılığın bəşəriliyə sayğısı idi. Bu misralar azərbaycançılığın ru­hu kimi səslənmişdi. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın xarici siyasəti davamlı olaraq bu niyyətlə səsləşib. İşğalçı Ermənistan nə Azər­baycanın bu niyyətinə məhəl qoyurdu, nə də beynəlxalq təşkilatların qərarlarını yerinə yeti­rir­di. Azərbaycan Ordusu torpaqları işğaldan döyüşlə azad etdi, Vətən müharibəsində tarixi Zəfər qazanıldı...

Ermənistan Zəfərdən sonra da sülh danışıqlarından yayınır, havadarlarının ümidlərini heç zaman baş tutmayacaq niyyətinə vasitə bilir; özü də, havadarları da sülh prosesini işğalçılıqla əvəz­lə­məyə cəhd göstərir. Unudurlar ki, tünd sirkə öz qabını çartladır...

Dünya dövlətləri dünyada sülh naminə belə mövqelərə niyə ciddi münasibət bildirmir? – Bey­nəlxalq sülh günü ərəfəsində belə münasibətlərin olacağına ümid etmək istərdik. Sülh na­mi­nə...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı