Sülhməramlılar Laçın dəhlizində nəzarəti GÜCLƏNDİRİB

Rusiya sülhməramlı qüvvələri Laçın Dəhlizinə nəzarəti gücləndirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ərazidə hərbçilərin sayı artırılıb.

Paralel olaraq, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin nəqliyyatın hərəkəti üçün yenidən açılması barədə danışıqlar aparılır. Şuşa yaxınlığında aparılan danışıqlarda sülhməramlı qüvvələr və Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak edir.