Sumqayıtda 39 yaşlı qadın özünü doğradı

Bu gün Sumqayıt şəhərində qadın intihara cəhd edib.

Sabahinfo.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Gülşən Xanmusa qızı yaşadığı evdə bilək nayihəsini kəsici alətlə doğrayıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.