Sumqayıtlı deputatlardan seçicilərə bayram sevinci

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə imkanı məhdud bir qrup seçicilərin azyaşlı uşaqları geyim dəstləri ilə təmin ediliblər.

Cənab Prezident İlham Əliyevin 60 illik yubileyinin məhz bu günə təsadüf edən tədbirdə, bu günün əhəmiyyəti Cənab Preizndet İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən söhbət açılıb.

Tədbirdə deputat Tahir Mirkişilinin köməkçisi Cavid Quliyev, deputat Hicran xanım Hüseynovanın köməkçisi Elçin Kərimov, deputat Emin Hacıyevin köməkçisi Anar Mustafayev və deputat Müşfiq Məmmədıinin köməkçisi Kamal Almuradlı birlikdə deputatların adından seçiciləri qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibıtilə təbrik ediblər.

Yekun olaraq, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət xanım və könüllülərinə minnətdarlıq bildirilib.