Şuşada yenidənqurma işləri

Şuşa şəhərui üçün 5 hektar ərazi az deyil, kifayət qədər böyükdür. Burada tikiləcək yeni binalarda həmçinin Şuşada çalışan dövlət qulluqçuları da yaşayacaq, hansıki onlar bura ezam olunub.

Dövlət qulluqçularından danışmışkən, Şuşa şəhər icra hakimiyyətinin binasında təmir işləri gedir. Bu bina nisbətən yeni döcvrə aid olduğundan sökülmür, əsaslı təmir olunur. Bönövrəsi möhkəmləndirlir, daxilində son işlər gedir, qapı-pəncərələr də yenilənəcək.

Ümumiyyətlə, Şuşada tikinti işlərinin gedişatı saat kimi gedir. Yenidən qurulan tikililərdən biri də Qarabaş hotelidir. 80-ci illərdı tikilmiş bu hotellə bağlı yaxın tarixə baxaq. Prezident İlham Əliyev Şuşaya səfərlər edərkən burada olmuşdu və buranın yenidən qurulmasını o vaxt tapşırmışdı.

İnzibati, turizm onbyektləri ilə yanaşı tarixi abidələrə də baxmaq vacbdir, çünki bu tarixi Şuşayla bağlı məsələdir. Şuşanın tarixi şəxslərindən olan Sadıqcanın evi. Tarixi foolardan fərqi olaraq Ermənistanın işğalı zamanı buralar dağıdılıb. Hal Hazırda dağıntılar təmişlənib, bərpa işinin hansı istiqamətdən başlaması ilə bağlı plan tərtib edilir. Çünki hər bir tarixi abidənin spessifik bərpa işləri var.

Xüsusi əhəmiyyətə malik ,1751-ci ilə aid Şuşa qalası və onun Gəncə qapıları istiqaməti.Yeri gəlmişkən digər istiqamıtdəki qapıları İrəvan tərəfdə oluğu üçün İrəvan qapısı, digəri isə Ağdamda tərəfə olduğu üçün Ağoğlan qapılarıdır. Ermənistan işğalı zamanı bura baxlmsız olub, üstəlik silahlarla dağıdıblar, Vətən müharibəsi zamanı biz bunu görmüşdük. İndi tamam fərqli görüntülərdir. Hazırda qalanın gər dağılmış və dağıdılmış hissələri bərba edilir. Bərpa üçün dağlar xüsusi dağlardır, tərkibində mərmər var. Pənahəli xan, M.P.Vaqifə bu qalanın tikinti işlərinin gedişatına nəzarəti tapşıranda da qalada bu daşlardan bu daşlardan istifadə olunub. O vaxt 18-ci əsr idi, indi 21. Əsrlər dəyişsə də böyük insanların tarixi məsələlərə münasibəti dəyişmir.

Şəhərsalma işi belədir ki, burada yaşayış və digər binalar varsa su kanalizasiya xətti mütləqdir. Bu baxımdan kanalizasiya Şuşada yenidən qurulur.

Ümumiyyətlə isə, bütün istiqamətlərdə yenidənqurma işləri nəinki Şuşada, ümumuyyətlə Qarabağın digər ərazilərində aparılır və bundan sonra da aparılacaq.