Şuşaya sevgimiz dünyəvi sevgidir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbay¬can¬da “Şuşa ili” elan edildi. Bu sərəncam Vətən müharibəsində qazanılan Zəfərin mahiyyətinə verilən dövlətçilik dəyərlərindəndir. Qazanılan Zəfərlə torpaqlarımız, bu sıradan dünyada “Qa¬ra-bağın konservatoriyası” kimi tanınan Şuşa işğaldan azad edildi. Bu sərəncama bəşəri düşün¬cə¬lilər Şuşanın malik olduğu təbiətə, iqlimə, mənəvi dəyərlər sisteminə qüdrətin yaşarılığına ehtiramın göstəricisi dedilər. Vətən müharibəsində qazanılan Zəfər Şuşalı dünyamızı bürümüş işğal dumanını dağıtdı. Bu sərəncam rəmzi mənada, Şuşalı dünyamızın gecələrinə Ay işığıdı, gün¬düz-lərinə - açılan səhərlərinin dan yerinə sarılan işıqdı...
Vətən müharibəsində qazanılan Zəfərdən sonra Bakıda keçirilən Qələbə paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının su¬larına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələn-çay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qa¬ra¬bağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu sərəncam bu kəlmələrin ifadə etdiyi məzmunun ruhudu...
2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib.
Ötən il Şuşada Xarıbülbül festivalı keçirildi. Ruhumuzun şəhərində keçirilmiş bu festival dünyaya Səməd Vurğunun bir beytinin mahiyyətini ifadə edən bir gerçəklik də yaşatdı:

Qızılı örtsə də qara buludlar,
Yenə qiymətini özündə saxlar!

Qala-şəhər yenə əvvəlki Qala-şəhərdi. İndi daha böyük sevgilərlə sevilir. Bu sevgimiz “Şuşa ili”ndə daha duyğusaldır!..
Şuşaya sevgimiz dünyəvi sevgidir!


Səbinə Xasayeva,
Milli Məclisin deputatı