"Tərtər işi"nin gedişatı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"Tərtər işi" ilə bağlı aktiv istintaq tədbirləri davam etdirilir.

Sabahinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

Onun sözlərinə görə, bu günə kimi 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub.

Nemət Əvəzov qeyd edib ki, 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.